6 balası yanğında ölən itin etdikləri ürəkləri dağladı - VİDEO


Türkiyədə tövlədə baş verən yanğında balalarını itirən it, yanğın söndürülənə qədər hadisə yerindən uzaqlaşmayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Təkirdağ bölgəsində yerləşən bir tövlədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib. Həmin yanğında yeni doğulan it balaları da tələf olub. Hadisə yerinə gələn it yanğının olduğu yerdə fırlanaraq balalarını axtarmağa başlayıb, ancaq yanan yerə yaxınlaşa bilməyib. Yanan tövlə tam söndürülənə qədər hadisə yerindən getməyən itin duyğulu hərəkətləri diqqətləri cəlb edib.

DİGƏR XƏBƏRLƏR

Top