Türkiyənin məşhur serialında Bakı ilə bağlı kobud səhv - VİDEO


Türkiyənin məşhur "Hər yerdə sən" adlı serialında Bakı ilə bağlı kobud səhvə yol verilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanda da xeyli populyar olan bu serial Türkiyənin "FOX TV" telekanalında yayımlanır. Serialın 4 oktyabrda yayımlanan 16-cı seriyasında Bakıda yerləşən və dünyaca məşhur memarlıq abidəsi sayılan Heydər Əliyev Mərkəzi Opera binası kimi təqdim edilib.
Qeyd edək ki, serialın baş rol ifaçıları Aybüke Pusat və Furkan Andıçdır.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənib. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top