Mingəçevirdə idarəetmədən çıxan avtomobilin yoldan çıxması və yanması haqqında dəhşətli qəza xəbərini vermişdik.
Yeniavaz.com həmin qəzanın görüntülərini təqdim edir: Qeyd edək ki, hadisə oktyabrın 3-də şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, idaretmədən çıxan Mersedes markalı minik maşını yol kənarındakı bir neçə həmişəyaşıl ağacını qırararaq yaşıllıq zolağına düşüb. Qəza həm də maşının yanmasına səbəb olub.
Ağır xəsarət alan 1982-ci il təvəllüdlü sürücü Bayraməliyev Elçin Şair oğlu ətrafdakıların köməyilə yanan avtomobildən çıxarılıb və o təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Esmira Hidayətova, Mingəçevir