Azərbaycanda kişilər qadınlardan 2 dəfə çox maaş alır? - SİYAHI


Azərbaycanda kişilərin orta aylıq əmək haqqı ilə qadınların orta aylıq əmək haqqı arasında kəskin fərq var.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açılqanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, Azərbaycanda kişilərin orta aylıq nominal əmək haqqının məbləği 670,2 manat olub. Qadınların orta aylıq nominal əmək haqqının məbləği isə bundan təxminən 2 dəfə az 360,8 manat təşkil edib.
Qeyd edək ki, istisnasız olaraq iqtisadiyyatın bütün sahələrində kişilər qadınlardan daha yüksək əmək haqqı alırlar.
İqtisadiyyatın əsas sahələrində kişi və qadınların aldığı orta aylıq nominal əmək haqqı məbləği belə olub:
Sahələr Kişilərin
əmək haqqı
Qadınların əmək haqqı
Kənd təsərrüfatı 284,1 270,5
Mədənçıxarma sənayesi 3 165,8 1 657,9
Tikinti 714,1 506,3
Ticarət 408,5 326,6
Turizm və ictimai iaşə 571,9 472,2
İnformasiya və rabitə 934,9 761,1
Maliyyə və sığorta 1 667 1 064,8
Təhsil 432,1 341,6
Səhiyyə 299,5 222,6
CƏMİ 670,2 360,8
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top