Türkiyədə avtomobillərin 76%-i benzinlə işləmir - TAM SİYAHI


Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Türkiyədə avtomobillərin 24,4%-i benzin, 37,6%-i dizel, 37,7%-i qaz (LPG), 0,1%-i isə elektrik ilə işləyir. 
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanana məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlilə müqayisədə ümumi avtomobillərin içərisində benzin və qazla işləyənlərin payı azalıb, dizellə işləyən avtomobillərin payı artıb. Belə ki, bu ilin əvvəlində Türkiyədə avtomobillərin 24,9%-i benzin, 36,8%-i dizel, 37,9%-i qaz (LPG) ilə işləyib.
Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Türkiyədə avtomobillərin 75,2%-i benzin, 4,7%-i dizel, 14,7%-i qaz (LPG) ilə işləyib.
Son 16 ildə Türkiyədə dizellə işləyən avtomobillərin sayı 18,6 dəfə artaraq 252 629 ədəddən 4 milyon 696 min 664 ədədə yüksəlib. Bu dövürdə benzinlə işləyən avtomobillərin sayı 25% azalaraq 4 milyon 62 min 486 ədəddən 3 milyon 46 min 523 ədədə düşüb.
Ümumiyyətlə son 16 il ərzində Türkiyədə benzin, dizel və qazla işləyən avtomobillərin ümumi avtomobillər içərisindəki  payı belə dəyişib:
İllər Avtomobillərin sayı Benzinlə işləyən Dizellə işləyən Qazla işləyən Elektriklə (Hibrid) işləyən
2004 5 400 440 75,2 % 4,7 % 14,7 % -
2005 5 772 745 67,3 % 6,8 % 21,8 % -
2006 6 140 992 62,5 % 9,5 % 24,8 % -
2007 6 472 156 57,4 % 11,8 % 28,2 % -
2008 6 796 629 52 % 13,9 % 32,6 % -
2009 7 093 964 47,6 % 15,7 % 35,6 % -
2010 7 544 871 42,3 % 18,3 % 38,4 % -
2011 8 113 111 37,4 % 21,6 % 40,2 % -
2012 8 648 875 33,9 % 24,3 % 41,3 % -
2013 9 283 923 31,1 % 26,9 % 41,5 % -
2014 9 857 915 29 % 29,2 % 41,4 % -
2015 10 589 337 27,6 % 31,6 % 40,3 % -
2016 11 317 998 26,8 % 33,6 % 39,2 % -
2017 12 035 978 25,9 % 35,4 % 38,4 % -
2018 12 398 190 24,9 % 36,8 % 37,9 % -
2019 Sentyabr 12 505 020 24,4 % 37,6 % 37,7 % 0,1 %
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top