Müsavat qurultayını Ağadadaş Ağayevin şadlıq evində keçirəcək


 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay keçirilməsi üçün yer ayırlamsı barədə müraciətinə baxıb.

Bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib. BŞİH Müsavat Partiyasının IX qurultaynın Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirilməsinə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə olunacağı təqdirdə BŞİH –in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Qeyd edək ki, “Büllur” Şadlıq Sarayı məşhur müğənni Ağadadaş Ağayevə məxsusdur. Uzun illər şadlıq evi kimi fəaliyyət göstərən saray bir müddət əvvəl profilini dəyişib və mərasim evi kimi fəaliyyət göstərir. (Yenisabah.az)

DİGƏR XƏBƏRLƏR

Top