Misirdə kanalizasiya qazarkən 2200 illik məbəd kəşf edildi


Misirdə arxeoloqlar Firon IV Ptolomeyə aid olduğu deyilən 2200 illik bir məbəd kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Antik Əsərlər Nazirliyinin sosial media səhifəsində məlumat verilib.
Məlumata görə, Misirin Sohaq şəhərinin Kom Şakau kəndində inşaat işçiləri kanalizasiya qazarkən köhnə bir məzara rast gəliblər. Bundan sonra işçilər qazıntı işlərini dayandırıblar. Hadisə yerinə gələn arxeoloqlar, daşlara həkk olunmuş yazılarda Misiri idarə edən Prolemaik xanədanına aid firon IV Ptolomeyin adını aşkar ediblər.
Məlumata görə, arxeoloqlar hələ ki, məbədin şimal-cənub, şərq-qərb, cənub-qərb hissələrini aşkar edə biliblər. Mütəxəssislər Nil çayının qərb sahilindəki məbədlərdəki qalıqların çıxarılması üçün araşdırmaların davam etdiyini qeyd ediblər.
Qeyd edək ki, IV Ptolomey Misiri miladdan əvvəl 221 və 224-cü illər arasında idarə edib. Arxivlərdə fironun insan gücü ilə çalışan tarixin ən böyük gəmisini inşa etdirdiyi bildirilib. Qala mənasına gələn “tessarakonteres” adlı gəmidə 40 avarçəkmə aləti və 4 min avarçı olurdu.
 
Fəridə Qədirova
 

DİGƏR XƏBƏRLƏR

Top