Mir Şahin Gəncə məhbusunun anasını təbrik etdi - VİDEO


"Mən onu övladının geri qayıtması münasibətilə təbrik edirəm".
Yeniavaz.com xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O "Gəncə hadisələri" zamanı məhkum edilmiş Elmirin azadlığa buraxılmasından sonra onu təbrik edəcəyini əvvəlcədən dediyini də bildirib: "Məhbus Elmirin anası Sevinc xanım hansısa internet mikrofonuna demişdi ki, birdən sabah mən oğlumu azad etsələr, onda Mir Şahin nə deyəcək. Gərək ki, mən belə demişdim: Mən Sevinc xanımı bu münasibətlə təbrik edəcəyəm. Buyurun, Sevinc xanımın övladı şərti azadlığa buraxılıb. Mən onu övladının geri qayıtması münasibətilə təbrik edirəm".
Xatırladaq ki, sentyabrın 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıb.
Qeyd edək ki, "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə prosesləri davam edərkən Real TV-nin rəhbəri Mir Şahin Ağayev dəfələrlə özünün apardığı "Mir Şahinin vaxtı" adlı verilişdə bu mövzuya toxunmuş və saxlanılan şəxslər haqqında sərt ittihamlarla çıxış etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top