Bakıda ata ögey oğluna dəhşətli işgəncələr verib


Bakıda ata ögey oğluna işgəncələr verib.

Hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib.

Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top