Təhlükəsizlik sisteminin zəif olduğu telefonların adları açıqlandı


“Google” şirkəti təhlükəsizlik sisteminin zəif olduğu mobil telefonların adlarını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail mərkəzli “NSO group” tərəfindən istifadə olunduğu deyilən təhlükəsizlik sisteminin "Huawei", "Samsung", "Xiaomi", "Motorola" ve “Google”un öz markası olan “Pixel”ə də təsir etdiyi bildirilib.  Təhlükəsizlik sisteminin zəif olduğu telefonlar isə bunlardır: “Pixel”, “Pixel 2”, “Huawei P20”, “Samsung Galaxy S7”, “Samsung Galaxy S8”, “Samsung Galaxy S9”, “Xiaomi Redmi 5A”, “Redmi Note 5”, “Xiaomi A1”, “Oppo A3” və “Moto Z3”.
Sözügedən xətanı 7 gün əvvəl aşkar etdiyini bildiriən şirkət, adları açıqlanan  modelleri bu problemdən azad etmək üçün tək çıxış yolunun təhlükəsizlik üçün mobil əlavədə olduğunu qeyd edib.
Bildirilir ki, cəsus proqramlar istehsal edən “NSO Group” şirkəti, Android cihazlarındakı sözügedən təhlükəsizlik zəifliyindən xəbərdar olub və bilərəkdən bu zəiflikdən istifadə edib. “Google”, bu telefonların təhlükəsizliyi üçün yeni bir mobil əlavənin lazım olduğunu desə də, bir çox  telefonun 2 il öncə satışa çıxarılması bu mövzuda çətinlik yaradır.
 
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top