Türkiyədə deputatın evində ölən Nadirənin vəkili geri çəkildi


Türkiyədə hakim partiya AKP-nin (Ədalət və İnkişaf Partiyası) millət vəkili Şirin Ünalın evində, deputatın tapançasından çıxan mərmi ilə ölən Nadirə Qadirovanın ailəsinin vəkili vəkillikdən imtina etdi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, könüllü olaraq Nadirənin hüquqlarını müdafiə etməyi öz üzərinə götürən Müjde Tozbey Erden həm də "Öncə uşaqlar və qadınlar dərnəyi"nin də rəhbəridir.
O vəkillikdən imtina etdikdən sonra belə bir açıqlama verib: "Bu gündən etibarən Nadirənin ailəsinin deyil, geridə qalmışlığa və qaranlığa qurban gedən Nadirə və Nadirə kimi qadınlar üçün mübarizə aparacağıq".
M. T. Erdem bildirib ki, bu işdə Nadirənin ailəsi ilə fərqli düşündükləri üçün belə bir qərar almalı olublar: "Biz əlimizdən gələni edərək hadisənin qısa zamanda ört-basdır edilməməsi üçün istər mətbuatda, istərsə də Nadirənin dostları arasında geniş kampaniya başlatdıq. Ancaq görürəm ki, Nadirənin ailəsi belə düşünmür. Buna görə də Nadirənin ailəsinin vəkilliyindən imtina etməli olduq".
Qeyd edək ki, sentyabrın 25-də Türkiyənin hakim partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) İstanbul şəhərindən seçilmiş millət vəkili Şirin Ünalın qulluqçusu Nadirə Qadirova intihar etməsi barədə xəbər yayılıb. Lakin özbək əsilli Nadirə Qadirovanın millət vəkilinə məxsus tapança ilə vurulması faktı ictimaiyyətə hadisənin qətl olabiləcəyi haqqında təəssürat yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top