İnfarkt keçirən Xalq artisti Ofeliya Sənaninin SON DURUMU


Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

Yeniavaz.com xəbər verir ki, Mərkəzdən "Report"a verilən məlumata görə, invaziv kardioloq Şahin Xəlilov tərəfindən O.Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. 

Mərkəzdən bildirilib ki, hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top