"KAMAZ" və "VAZ" toqquşdu - 16 yaşlı qız kəllə-beyin travması aldı

Bakı-Qazax avtomagistralının Yevlax şəhərinin giriş hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 
Yeniavaz.com
xəbər verir ki, hadisə zamanı “KAMAZ” markalı yük maşını “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Qafarova Aytən Arzuman qızı xəstəxanaya yerləşdirilib. Tibb müəssisəsindən bildirilib ki, yaralı qapalı kəllə-beyin travması alıb.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top