Real Partiyasının sədri İlqar Məmmədovun "Facebook"da müğənni Üzeyir Mehdizadə haqqında paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, İ. Məmmmədovun, müğənni Üzeyir Mehdizadə barədə yazdığı status sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub.
İ.Məmmədovun statusunu olduğu kimi təqdim edirik:
"100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda Facebook'dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadə'nin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, "musiqisini bəyənirəm" demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm" dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!"