Bakıda gənc qızı döyüb telefonunu da əlindən aldılar


Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.


Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top