Çin Şərqi Türküstanda 115,3 milyard kubmetr təbii qaz tapdı


Çinin “PetroChina” şirkəti Şərqi Türküstanda təbii qaz yatağı kəşf edib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, şirkət tərəfindən Şərqi Türküstanın cənubunda aparılan qazıntılar zamanı 115,3 milyard kubmetr təbii qaz yatağı tapılıb.
Şirkətin baş meneceri Tien Cün ərazidə keçirilən yoxlama testlərinin uğurlu olduğunu, gələn aydan təbii qazın hasilatına başlayacaqlarını bildirib.
Qeyd edək ki, dünyanın ən böyük enerji istehlakçısı olan Çinin, şimal-qərbindəki Uyğur bölgəsi zəngin yeraltı sərvətlərə, xüsusən də neft, qızıl, platin, gümüş, uran və kömürə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top