Dişlərin itirilməsi ürək xəstəliklərinə gətirib çıxarır – Alimlərdən xəbərdarlıq


Diş toxumasının dağılmasından qaynaqlanan dişlərin itirilməsi ürək-damar xəstəliklərinin artmasına piylənmə, alkoqol və siqaretdən daha çox təsir edir. 

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, belə bir nəticəyə alimlər gəliblər.

İmam Məhəmməd ibn Saud İslam Universitetinin alimləri ABŞ-da 40-79 yaş arası 316588 insanın xəstəliyinin tarixini təhlil ediblər. Müəyyən edilib ki, ürək-damar xəstəlikləri olan şəxslərin 28%-i əvvəllər periodontal toxumaların parçalanmasına görə bir və ya bir neçə dişini itirib.

Beləliklə, dişlərin itirilməsi ürək xəstəliklərinin inkişafına hətta piylənmə, ahıl yaş, alkoqol qəbulu, siqaret və diabetdən də daha güclü təsir göstərən amildir.

Tədqiqatçıların fikrincə, ürək xəstəliyi ilə ağız boşluğunda iltihabi proseslərin arasında əlaqənin müəyyən edilməsi inkişaf etmiş ölkələrdə ölümün səbəb olduğu ürək-damar xəstəliklərinin (hipertoniya, stenokardiya, insult) erkən diaqnostikasında və profilaktikasında kömək edəcək.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top