Bakıda Böyük Britaniya vətəndaşı bıçaqlanıb


Bakıda bıçaqlanma hadisəsi olub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə Sabail rayonu ərazisində yerləşən Nizami küçəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top