Şeydayevin baş məşqçisi istefa verdi


Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” klubunda baş məşqçi istefası baş verib.

Komandanın XII turdakı “Orenburq”la oyunundan sonra Dmitri Xoxlov istefa verib.

Klub rəhbərliyi uğursuz nəticələr səbəbindən verilən istefa qərarını qəbul edib. Yaxın müddətdə baş məşqçi vəzifəsini icra edəcək mütəxəssis müəyyənləşəcək. O, yeni çalışdırıcının təyinatına qədər bu postda qalacaq.

“Orenburq”a 0:2 hesabı ilə uduzduqdan sonra 10 xala malik “Dinamo” 15-ci sıraya yuvarlanıb. Bu, Rusiya kuboku da nəzərə alınmaqla ardıcıl 4-cü məğlubiyyət olub.

R.Şeydayev “Orenburq”la matça ehtiyat oyunçular skamyasından başlayıb. O, yalnız 81-ci dəqiqədə komanda yoldaşını əvəzləyib.

Qeyd edək ki, 43 yaşlı D.Xoxlov 2017-ci ildən “Dinamo”nun baş məşqçisi olub.(APA)

DİGƏR XƏBƏRLƏR

Top