Ağırçəkili adam çarpayıdan yıxıldı, köməyinə FHN gəldi


Xətai rayonunda köməksiz vətəndaşa FHN yardım edib.

Yeniavaz.com FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top