Emin Ağalarov: “Jara-2020” beş gün davam edəcək


Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalı ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb. 

5-ci il Bakıda düzənlənəcək möhtəşəm festivala xalq artisti xüsusi olaraq hazırlaşır. Emin festivalın ənənəsini pozaraq, dörd gün deyil, gələn il beş gün keçirəcəyini dilə gətirib. 

“Jara” musiqi festivalı 29 iyuldan 2 avqust tarixlərində keçiriləcək. Festivalın ilk gününü möhtəşəm konsert proqramı ilə açacağıq. İkinci gün isə Filipp Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. Orada meqa-ulduzlar çıxış edəcəklər. Festivalın üçüncü günü 90-cı illərin hitləri səslənəcək. Bununla yanaşı Dima Malikovun yaradıcılıq gecəsi olacaq. Avqustun 1-də beynəlxalq musiqi ziyafəti keçiriləcək. Burada dünyanın bir çox yerindən məşhur müğənnilər çıxış edəcək. Sonuncu gün isə festivalın bağlanış gecəsi baş tutacaq. Həmin gecədə çoxlu sayda gənc ifaçıların çıxışı gözlənilir. 2020-ildə “Jara”nın yubileyi, beş yaşı tamam olur. Beş gün keçiriləcək musiqi festivalına artıq hazırlıq işləri başlayıb”.

Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalında Rusiya və Azərbaycan şou-biznesinin məşhur pop ulduzlar yer alır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top