Nazirlər Kabinetinin sifarişi ilə tikilən binada sakinlər qorxu içində yaşayır - SƏBƏB - VİDEO


"Avesta" şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən binanın tikintisini artıq 6 ildir başa çatdıraraq təhvil verə bilmir.
Həmin ünvanda yaşayan sakinlər Yeniavaz.com saytına müracət edərək bildiriblər ki, 2013-cü ildə binadan mənzil alsalar da hələ də köçə bilmirlər. Çünki binada heç bir kommunal şərait yoxdur.
Bəzi sakinlər isə bu binadan ev almaq üçün əvvəlki evlərini satdıqlarını bildirirlər. İndi onlar heç bir şəraiti olmayan mənzillərə köçməli olublar.
Sakinlər qeyd edirlər ki, binada nə su, nə daimi elektrik, nə də qaz xətti var. Yanğınsöndürmə avadanlığı isə ümumiyyətlə mövcud deyil. Bundan əlavə binanın koridorlarında işıqlandırma sistemi yoxdur.  Pilləkənların yanında təhlükəsizlik üçün nəzərdə tutulan məhəccərlər və hətta ən hündür mərtəbələrdəki eyvanlarda quraşdırılmalı olan şüşələr yerində deyil. Artıq sakinlərdən maddi qarşılığı alınmış qaraj isə qaranlıq və zibillikdən ibarətdir. Burada hətta döşəməyə beton belə tökülməyib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top