Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb.
İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.
Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb. (Oxu.az)