Ərdoğan çıxışı zamanı elə bir səhv buraxdı ki, Müdafiə Naziri uzaqdan... - VİDEO


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan çıxış edərkən lideri olduğu partiyasının adını səhv salıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan iştirak etdiyi bir açılış mərasimində son vaxtlar sağlıqla bağlı problemlər yaşayan MHP lideri Dövlət Baxçalıya can sağlığı diləyərkən partiyasının adını səhv söyləyib: "Qarşıdakı illərdə MHP ilə çox tərəfli münasibətlərimizə davam edəcəyik. Bu vəsilə ilə hörmətli Baxçalıya həm şəxsim, həm də Rifah Partiyası adından şəfa diləyirəm".
Ərdoğanın Ədalət və İnkişaf Partiyası yerinə Rifah Partiyası deməsini eşidən Müdafiə Naziri Hulusi Akar oturduğu yerdən jest və mimikalarla Ərdoğana AKP deməsini bildirib. Bunu eşidən Ərdoğan gülümsəyərək səhvini düzəldib.

Qeyd edək ki, Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilib. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olub. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutub. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürüb. Partiya limiti keçib və Ərdoğan millət vəkili olub. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv edib. 27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürülüb. 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top