Şahmat üzrə Dünya Kubokunda şahmatçılarımız nə qədər pul qazanıb? - TAM SİYAHI + MƏBLƏĞ


Xəbər verdiyimiz kimi, bu ilin 9 sentyabr - 4 oktyabr tarixlərində Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Şahmat üzrə Dünya Kubokunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov qalibi olub.
Yeniavaz.com xəbər verir ki, Dünya Kubokuna Teymur Rəcəbovla birgə daha 4 Azərbaycan şahmatçısı - Nicat Abasov, Arkadi Naydiç, Şəhriyar Məmmdov və Eltac Səfərli qatılıb.
Bildiyimiz kimi ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib. Rəcəbov Kubokda 8 şahmatçı ilə qarşılaşıb.
Keçirdiyi bütün oyunların yekununda Teymur Rəcəbov 202 min dollar qazanıb.
Teymur Rəcəbovdan sonra ən çox oyunu Şəhriyar Məmmədov keçirib. Sonuncu oyunda Teymur Rəcəbova uduzan Şəhriyar əvvəlki 3 oyunu qələbə ilə başa vurub.
Keçirdiyi 4 oyunun yekununda Şəhriyar Məmmədov 32 min dollar qazanıb.
Sonuncu oyunda Şəhriyar Məmmədova uduzan Eltac Səfərli isə keçirdiyi əvvəlki 2 oyunda qalib gəlməyi bacarıb.
Keçirdiyi 3 oyunun yekununda Eltac Səfərli 16 min dollar qazanıb.
İkinci oyununda ABŞ idmançısı Lener Dominqesə uduzan Nicat Abasov yalnız ilk oyununda qələbə qazanmağı bacarıb.
Keçirdiyi 2 oyunun yekununda Nicat Abasov cəmi 6 min dollar qazanıb.
Almaniyadan gələn legioner şahmatçımız Arkadi Naydiç isə elə ilk oyundaca həmyerlisi Niklas Xuşenbetə uduzduğu üçün Dünya Kubokunu mükafatsız tərk etməli olub.

DİGƏR XƏBƏRLƏR

Top