Teymur Rəcəbovun qazandığı Dünya Kuboku haqqında nə bilirik? - Maraqlı tarix


Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Şahmat üzrə Dünya Kubokunun qalibi olub.
Yeniavaz.com xəbər verir ki, Teymur Rəcəbov Dünya Kubokuna sahib olan ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.
Məlumat üçün qeyd edək ki, Şahmat üzrə Dünya Kuboku yarşının tarixi yeni olsa da, son zamanlar şahmatçıların marağını cəlb etməyə başlayıb.   
Şahmat üzrə Dünya Kuboku ilk dəfə 2005-ci ildə Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilib. İki ildən bir baş tutan Dünya Kuboku yarışlarının yarısına eyni şəhər - Rusiyanın Xanti-Mansiysk şəhəri ev sahibliyi edib.
İndiyə kimi Şahmat üzrə Dünya Kubokları aşağıdakı şəhərlərdə keçirilib:
27 noyabr-17 dekabr 2005 - Rusiyanın Xanti-Mansiysk şəhəri
24 noyabr-16 dekabr 2007 - Rusiyanın Xanti-Mansiysk şəhəri
20 noyabr-14 dekabr 2009 - Rusiyanın Xanti-Mansiysk şəhəri
26 avqust-21 sentyabr 2011 - Rusiyanın Xanti-Mansiysk şəhəri
10 avqust-4 sentyabr 2013 - Norveçin Tromse şəhəri
10 sentyabr-5 oktyabr 2015 - Azərbaycanın Bakı şəhəri
2 sentyabr-27 sentyabr 2017 - Gürcüstanın Tblisi şəhəri
9 sentyabr-4 oktyabr 2019 - Rusiyanın Xanti-Mansiysk şəhəri
Şahmat üzrə Dünya Kuboku yarışlarında 128 şahmatçı iştirak edir. 128 idmançı 8 qrupda mübarizə aparır. Qrupun qalibləri 1/4 final mərhələsində mübarizəni davam etdirirlər. Şahmatçılar Dünya Şahmat Federasiyasının (FİDE) müəyyən etdiyi reytinq xalına əsasən sıralanırlar. Sıralamada 1-ci yerdə olan 128-ci yerdə olan şahmatçı ilə, 2-ci yerdə olan 127-ci yerdə olan şahmatçı ilə qarşılaşır.
Onu da qeyd edək ki, Şahmat üzrə Dünya Kuboku ilə bağlı səslənən tənqidlərin başında da cütlüklərin bu cür seçilməsi məsələsi dayanır. Mütəxəssislər bildirirlər ki, Sıralamada 65 və 64-cü, 63 və 66-cı, ya da 62 və 67-ci yerlərdə olanların qarşılaşmasında ciddi fərq olmasa da, 1 və 128-ci yerdə olan şahmatçıların qarşılaşması düzgün qərar deyil. Belə qarşılaşmada oyunun qalibinin kim olacağı əvvəlcədən bilinir. Yeri gəlmişkən qeyd edək ki, sonuncu Dünya Kubokunda baş tutan ilk oyunlarda da istisnasız olaraq reytinq xalı yüksək olan şahmatçılar qalib gəldilər.  
Aşağı reytinq balına sahib olanlar əksər hallarda uduzacaqlarını bildikləri halda bu yarışa qatılırlar. Mütəxəssislər belə fikirləşirlər ki, bu o səbəbdən baş verir ki, şahmatçılar özlərindən güclü şahmatçılarla qarşılaşmaq və təcrübə qazanmaq şansı əldə edirlər.
Aşağı reytinqli şahmatçılardan fərqli olaraq yüksək reytinqli şahmatçılar bəzi hallarda bu yarışda iştirak etmək istəmirlər. Məsələn, Teymur Rəcəbovun qalib olduğu  sonuncu yarışda hazırkı dünya çempionu Maqnus Karlsen iştirak etməyib. Bundan başqa dünyanın ən güclü şahmatçılarının sıralamasında 2-ci olan Fabiano Karuana, 9-cu olan Vişvanatan Anand, 16-cı olan Vladimir Kramnik Dünya Kubokunda iştirak etməyiblər.
Bugünə kimi qazanılan 8 Dünya Kubokunun 3-nü Rusiya, 2-ni Ermənistan, 1-ni ABŞ, 1-ni İsrail, 1-ni isə Azərbaycan şahmatçısı qazanıb:
2005 - Levon Aronyan (Ermənistan)
2007 - Qata Kamski (ABŞ)
2009 - Boris Abramoviç Gelfand (İsrail)
2011 - Pyotr Svidler (Rusiya)
2013 - Vladimir Kramnik (Rusiya)
2015 - Sergey Karyakin (Rusiya)
2017 - Levon Aronyan (Ermənistan)
2019 - Teymur Rəcəbov (Azərbaycan)
Onu da qeyd edək ki, ABŞ-ı təmsil edən Qata Kamski milliyətcə tatardır və SSRİ-də anadan olub. 1989-cu ildə ailəsilə birgə ABŞ-a köçüb. Eyni zamnada İsraili təmsil edən Boris Gelfand də SSRİ-də - Minsk (Belarus) şəhərində anadan olub.  
Dünya Kubokunun qrup mərhələsində oynayan şahmatçı uduzduğu halada yarışdan uzaqlaşır. 1/4 final mərhələsinə çıxmaq üçün şahmatçılar 4 oyun keçirirlər.
Qeyd edək ki, qalib gələn şahmatçılar bütün mərhələlərdə pul mükafatı alırlar. Sonuncu Dünya Kubokunda ilk oyunda qalib olan şahmatçı 6 000 dollar qazanıb.
Qaliblər üçün Kubokun mükafat fondu belə olub:
1-ci oyun (1/64 final) - 6 000 dollar
2-ci oyun (1/32 final) - 10 000 dollar
3-cü oyun (1/16 final)  - 16 000 dollar
4-cü oyun (1/8 final) - 25 000 dollar
5-ci oyun (1/4 final)  - 35 000 dollar
Bundan başqa
4-cü yerin sahibi (1/2 fina) - 50 000 dollar
3-cü yerin sahibi (1/2 final) - 60 000 dollar
2-ci yerin sahibi  (Final)- 80 000 dollar
1-cü yerin sahibi (Final) - 110 000 dollar

DİGƏR XƏBƏRLƏR

Top