Ofelya Sənaninin həkimi danışdı - YENİLƏNİB

Xalq artisti Ofelya Sənaninin ürəyində anju əməliyyatı aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Bakı Ürək Mərkəzinin kardioloqu Şahin Xəlilov məlumat verib. Onun sözlərinə görə, Xalq artistinin vəziyyəti hazırda stabildir və müalicəsini davam etdirir.


***11:36
Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib. 

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

DİGƏR XƏBƏRLƏR

Top