Şəkidə 34 yaşlı qadın bıçaqla özünə xəsarət yetirdi

Şəkidə yıxılan qadın bıçaq yarası alıb. 
Yeniavaz.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb. 
G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb. 
Fakt araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top