"Google"un qurucusu evləndi - FOTO


"Google"-un yaradıcısı və "Alphabet IT" şirkətinin prezidenti Sergey Brin ailə həyatı qurub. Brin "ClearAccessIP" şirkətinin rəhbəri Nikol Şanahanla izdivaca girib. Məlumata görə, cütlük iki il görüşüb. 2018-ci ildə onların qızı dünyaya gəlib.

Brinin hazırda 46, Şanahanın 34 yaşı var. Bu nikah məşhur internet şirkətinin yaradıcısının ikinci nikahıdır. 2007-ci ildə o, Enn Vociksi ilə ailə həyatı qurmuşdu. Onlar 2015-ci ildə rəsmən boşanıblar. Brinin ilk nikahından iki övladı var.

Sergey Brin 1973-cü ildə avqustun 21-də Moskvada anadan olub. 1979-cu ildə isə daimi olaraq ABŞ-a köçüb. 1998-ci ildə Larri Peyclə "Google" şirkətini yaradıb.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top