AMEA əməkdaşlarının maaşı artırılıb


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının maaşı Nazirlər Kabinetinin müvafiq qərarı ilə artırılıb”.

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu artım daha çox AMEA-da çalışan əmək haqqısı aşağı olan işçilərə təsir göstərib.

“Ümumilikdə isə əmək haqlarında artım akademiya sistemində çalışanların hamısında var. Azərbaycan Prezidenti daim ölkə vətəndaşlarına, o cümlədən, elm və təhsil işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair qərarlar qəbul edir. Akademiyanın alimləri də daim bunu minnətdarlıqla qarşılayırlar”, - deyə o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top