Teymur Rəcəbov: "Qələbəni necə qeyd edəcəyimi bilmirəm"


"Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm".

Bunu Dünya Kubokunun qalibi olan Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. 

32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini bildirib: "Hər halda 15-16 yaşımda Harri Kasparovu məğlub etdiyim görüşdən sonra qeyd etməyimdən fərqli bir şey etməyəcəyəm".

Rəcəbov onun üçün hər iki uğur arasında heç bir fərq olmadığını sözlərinə əlavə edib: "Kasparovla görüş bir oyundan ibarət olsa belə, indiki qələbə ilə müqayisə olunur. Dünya Kuboku bir turnir idi". 

Qeyd edək ki, Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlub edib - 6:4. (Report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top