Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Məmmədov Vüqar İmzaq oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan V.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.