Bakıda nazirin adından istifadə edilməklə vətəndaşa qarşı dələduzluq olunub


Bakıda Sənan Kərimov adlı vətəndaşa qarşı dələduzluq edilib.

Bu barədə vətəndaşın özü “facebook” sosial şəbəkəsində məlumat paylaşıb.

O bildirib ki, 2 gün əvvəl bir nəfər ona zəng edərək iş təklifi edib:

“Özünü "Azərtikinti Tress" adlı şirkətin işçisi Süleyman kimi təqdim etdi. Daha sonra adını bildirmədiyi nazirin göstərişi ilə məni sürücü kimi həftənin beş iş günü səhər saat 8-dən axşam 5-ə qədər 700 AZN əməkhaqqı almaqla işə düzəldəcəyin bildirdi. Mənə “sənin kimi doğru-dürüst, mədəni, qabiliyyətli bir işçi lazımdır” dedi və təcili şəkildə bütün sənədləri toplayaraq metronun Qara Qarayev stansiyasının yaxınlığındakı ofisə gəlməyimi istədi. Sonra tibbi müayinədən keçmək üçün xəstəxanaya getməyimi dedi. Ora çatanda zəng edib xəstəxanaya daxil olmağa ehtiyac olmadığını, öz tanış həkimləri - Şahin adlı şəxs tərəfindən sənədlərimin hazır olduğunu söylədi. Müayinə sənədini faksla Süleyman adlı şəxsə göndərəcəyini, bunun üçün 95 manat ödəniş etməyimi istədi. Mən də inanıb ödənişi “MilliÖn” vasitəsilə Əliyar Əliyev adlı şəxsin adına mədaxil etdim. Ən sonda artıq Qara Qarayevdə yox, Badamdar qəsəbəsindəki “GəlinQaya” restoranının yanında şirkətin qarajında görüşəcəyimizi dedi. Ora çatanda məlum oldu ki, nə şirkət, nə də qaraj var. Mədəni şəkildə məni aldatdılar. Nömrələri də iki gündür ki bağlıdır, əlaqə saxlamaq olmur. Məndə səs yazıları, ödənişin çeki və nömrələri var. Ödənişə görə, banka müraciət etdim və mənə kömək edə bilməyəcəklərini bildirdilər”. 

DİGƏR XƏBƏRLƏR

Top