14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu - Beyləqanda DƏHŞƏT


Beyləqanda məktəbliləri maşın vurub.

Hadisə sentyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır. (APA)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top