Yasda məşhur aktyorun pulunu oğurladılar


Ötən gün dünyasını dəyişən türkiyəli məşhur aktyor Tarık Ünlüoğlunun yas mərasimində oğurluq olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Ünlüoğlunun yas mərasimində adam çoxluğundan istifadə edən şəxs və ya şəxslər oğurluq ediblər. Belə ki, məlumata görə aktyor Selçuk Yöntemin cibindən 1500 TL (təqribən 448 AZN) pul oğurlanıb. Pulun oğurlanmasının sonradan fərqinə varan aktyor, oğruların tutulub lazımi cəzanı alması üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top