Xəbər verdiyimiz kimi Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanıb.
Oyunun 31-ci dəqiqəsində “Qarabağ” rəqib qapısına 2-ci qolu vurub, hesabı 2-0 etdikdən sonra qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.
"Qarabağ" klubunun futbolçuları məsələyə sərt şəkildə etiraz ediblər.
Məsələ ilə bağlı Yeniavaz.com deputatların mövqeyini öyrənməyə çalışıb.
Onların hadisə ilə bağlı mövqeyi belə olub:
Fəzail Ağamalı: “Ermənilər bütün mənalarda çalışırlar ki, təxribatlar törətsinlər. Bu cür təxribatlar təkcə təmas xəttində və işağl olunmuş torpaqlarımızda deyil, eyni zamanda informasiya məkanında, xarici ölkələrdə, idman oyunlarında da artıq bir ənənə halını alıbdır. Eyni ilə də gedəcəkdir. Ona görə də biz hər şeyə hazır olmalıyıq. Və təbii olaraq iradəmizi ortaya qoyub, təxribatların qarşısını almaq üçün ciddi, sarsıdıcı cavablar verməliyik. Biz çox riyakar, mənəvi və insani keyfiyyətlərini tirimiş bir düşmənlə üz-üzəyik. Bunu heç kim unutmalı deyil. Ermənistanın bu və buna bənzər təxribatlarının qarşısı birdəfəlik o zaman alınacaq ki, qəhrəman ordumuz onlara çox ciddi və sarsıdıcı zərbələr vuracaq. Ancaq düşünmürəm, çünki erməni diasporu Azərbaycana və türklərə qarşı bu cür təxribatlara heç zaman son qoymayıblar. Bundan da sonra qoymayacaqlar. Ona görə də biz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuzun imkanlarından istifadə edib onları darmadığın etməliyik. Eyni zamanda beynəlxalq səviyyədə bu və buna bənzər təxribatların qarşısını almaq üçün də hazırlıqlı olmalıyıq və onlara qarşı ciddi addımlarımızı atmalıyıq.
Bu yaxınlarda hər bizimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Paşinyanın ABŞ-a səfəri zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation" (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarı daşıyan təyyarələr qaldırılmasının şahidi olduq. Bu cür hallar sistemli xarakter almalıdır və davam etdirilməlidir. Los-Ancelesda bizim konsulumuzun çox önəm daşıyan bu addımını üstün bir təcrübə kimi sistemli olaraq davam etdirməliyik".
Elman Nəsirov: "Biz dəfələrlə bunun şahidi olmuşuq ki, Ermənistan dövləti, Ermənistan rəhbərliyi yeni-yeni təxribatlara əl atır. Təxribatlar adətən münaqişənin tənzimlənməsi ilə bağlı görüşlər keçirilərkən, görüşlər ərəfəsi və görüşlərdən sonra olur.
İndiki halda isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” beynəlxalq diskusiya klubunun sayca 16-cı mühim tədbirində iştirakı zamanı və ordakı çıxışından sonra baş vermiş hadisədir. Eyni zamanda Azərbaycan Prezidentinin çıxışından bir qədər öncə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bu tədbir çərçivəsində söylədi ki, Ermənistanın Dağlıq Qarabağ Ermənistanındır fikiri Albaniya Prezidentinin səsələndirdiyi Kosova elə Albaniyadır fikri ilə həmahəng səslənir və bu bütün hallarda qəbuledilməzdir. Rusiyanın bu mövqeyindən sonra eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu tədbir çərçivəsində çox mühüm, böyük rezonansa səbəb ola biləcək bir çıxış etdi və Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır nöqtə” çıxışına cavab olaraq “Dağlıq Qarabağ Azərbaycandır! Və Nida İşarəsi” dedi.
Bu cavabdan sonra Ermənistan tərəfinin yeni təxribatlara əl atacağı gözlənilən idi və bu da baş verdi.
Məlum olduğu kimi “Qarabağ” futbol klubunun Lüksenburqda keçirdiyi oyun zamanı qondarma rejimin dünyada heç bir dövlətinin tanımadığı bu separatçı rejimə məxsus olan qondarma bir bayrağı stadiona dronla çatdırılması faktı qeydə alındı. Futbolçularımız da buna reaksiya verdilər, oyun dayandırlıdı. Bütün olanlar onu göstərir ki, Ermənistan hətta idmanda belə öz separatçı hərəkətlərini təbliğ üçün istifadə edirlər. Bütün dünya və futbol azarkeşləri gördülər ki, ermənilər hər yerdə təxribata əl atır. Hər yerdə avantirüst bir davranış ortaya qoyurlar. Bunlar ATƏT-in Minsk Qrupu üçün də bir həyəcan təbili olmalıdır ki, hadislərin gedişatı göstərir ki, əgər Ermənistan yerində otuzdurulmasa, əgər Ermənistana beynəlxalq hüquq çərçivəsində mexanizmlər işlə salınmasa onda hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə, aprel döyüşləri fərqli bir müstəvidə daha kəskin şəkildə təkrarlana bilər. Cənubi Qafqazda Ermənistanın biabırçı məlğlubiyyəti ilə nəticələnən müharibə başlayar".
Aqil Abbas: "Belə təxribatın olduğu birinci dəfə deyil. Təxribat edənlər cavablarını da aldırlar. Belə şeylər olur. Hər bir yerin təhlükəsizlik xidməti mövcudur. Onlar yerində olmayanda oxşar hallar baş verir. Lüksenburqda da təhlükəsizlik xidməti normal işləməyib. Ona görə də o təxribat baş verib. Cəzasını da alacaq. Yəqin ki, növbəti oyun onlar azarkeşsiz oynayacaqlar. Həm də pul cəzası alacaqlar".
Aydın Mirzəzadə: "Hesab edirəm ki, xaricdəki anti-Azərbaycan mərkəzləri və erməni millətçi diaspor dairələri cənab prezidentin Ruisyada “Valday” klubunda çıxış edəcəyini bilirdilər. Eyni zamanda “Qarabağ”ın Avropada olan oyununa da öz düşüncələrində hazırlıq görmüşdülər. Bu əvvəldən hazırlanmış bir provakasiyaydı amma bu provakasiya Lüksenburqun imicinə ziyan vurdu. Çünki Lüksenburq qəbul edən ölkə kimi oyunun təhlükəsiz və heç bir insidentsiz keçirilməsini təmin etməli idi. Və hesab edirəm ki, beynəlxalq futbol təşkilatları buna çox sərt reaksiya verəcəklər həmçinin erməni millətçiləri müvəqqəti olaraq torpağımızı işğalda saxlasalarda bu gün Azərbaycanın “Qarabağ” adlı komandası Avropanın mərkəzində güclü komandaların birini 4-1 hesabı ilə udub. Yəni bizim cavabımız budur. Bu gün dünya nüfuzlularının toplaşdığı bir klubda Azərbaycan prezidenti Dağlıq Qarabağ məsələsinin tarixi bu günü və Azərbaycanın mövqeyi ilə bağlı çox prinsipial və əhəmiyyətli çıxış edib. Və bu çıxış bütün dünyaya yayılır. Təəssüf ki, biz çox riyakar eyni zamanda orta əsr təfəkkürlü bir dövlətlə qonşuyuq. Bu baxımdan Azərbaycan müstəqilliyini bir tərəfdən dövlətçiliyini möhkəmləndirməklə digər tərəfdən isə Erməistanın bu siyasətinə qarşı mübarizə aparmaqla öz dövlətini qurur. Bütün bunlara baxmayaraq, Azərbyacan dövləti ərazi bütövlüyünü təmin etmək əzmindədir və bunu mütləq edəcək. “Qarabağ” komandamız isə bütün provakasiyalara baxmyaraq. Vaxtaşırı dünya nüfuzlularına qaıib gəlməkdə davam edəcək”.
Kənan Qədirli