Rusiyalı jurnalist İranda saxlanıldı - FOTO


Rusiyalı jurnalist Julia Yuzik İranın paytaxtı, Tehranda saxlanılıb. 
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 4-də jurnalist Boris Voysexovski “Facebook” səhifəsində J.Yuzikin Tehranda saxlanılması ilə bağlı məlumat yayıb.
B.Voysexovskinin dediyinə görə, J.Yuzik müxbir kimi yenidən Tehrana dəvət almışdı: “Havalimanında jurnalistin pasportunu əlindən alıblar və İrandan gedən zaman geri qaytaracaqlarını bildiriblər. Lakin, inqila keşikçiləri qvardiyasının əməkdaşları J.Yuzikin qaldığı mehmanxananın otağının qapısını sındıraraq aparıblar”. 
Dünən Moskvaya zəng etmək üçün J.Yuzikə bir dəqiqə vaxt verildiyini deyən B.Voysexovski şənbə günü məhkəmə olacağını bildirib: “J.Yusik İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Buna görə o, minimum 10 il azadlıqdan məhrum edilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top