Azərbaycanlı müğənni evini soyan Səbinə barədə: "Onu bağışlayıram..." - VİDEO


Dünən müğənni Fuad Musayev bir müddət bundan əvvəl evini qarət edən və sosial şəbəkələrdə müzakirələrə səbəb olan Səbinə Atakişiyeva barədə danışıb.
Yeniavaz.com 
"Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Maşın”da tribunaya çıxarkən iki nəfərlə əlbir olub evindən 1800 dollar götürən Səbinəni bağışladığını söyləyib: “Mən rahat deyiləm, bir məqamı sizə danışmaq istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda mətbuatda xoşagəlməz yazılar çıxdı. Evim qarət olunmuşdu. Oğrular arasında bir qız da var idi. Ola bilər o insan yolunu azıb, bilmədən bunu edib.  Qızın anasının göz yaşlarını görüb çox pis oldum. Səbinəni bağışlamaq istəyirəm. Ona şans vermək istəyirəm, balaca övladı var. Çox xahiş edirəm, Səbinəni həbs etməyin”.  

DİGƏR XƏBƏRLƏR

Top