Əhalinin istehlak kreditlərinə olan marağı yenidən artmağa başlayıb - RƏQƏMLƏR


Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi 6 milyard 91,6 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, istehlak kreditləri ümumi kreditlərin 43,9%-nə bərabərdir.
İstehlak kreditləri bu ilin əvvəlindən ötən ilk 8 ayda 772 milyon manat və ya 14,5% artıb.
Məlumat üçün bildirək ki, istehlak kreditləri ən yüksək səviyyəyə 2015-ci ilin fevral ayında çatıb. Qeyd olunan tarixə olan məlumata görə banklar əhaliyə 8 milyard 416,7 milyon manat istehlak krediti verib. 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra istehlak kreditləri sürətlə azalmağa başlayıb. Banklar tərəfindən verilən istehlak kreditləri 2018-ci ilin yanvar ayında devalvasiyadan sonrakı ən aşağı səviyyəyə düşüb. Həmin tarixə olan məlumata görə 4 milyard 522,8 milyon manat istehlak krediti verilib. Bu tarixdən başlayaraq istehlak kreditləri yenidən artmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top