
Mərkəzi Ukraynanın paytaxtı Kiyevdə yerləşən hava yollarına aid Antonov An-12BK təyyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Viqo şəhərinə uçan yük təyyarəsi yanacaq doldurmaq üçün enişə hazırlanarkən qəzaya düşüb.
Təyyarə eniş etməyə hazırlaşdıqları hava limanına 1,5 kilometr məsafə qalarkən yerə düşüb. Meşəlik əraziyə düşən təyyarədə olan 8 nəfərdən 3-ü ölüb, 3-ü isə yaralanıb. Qalan 2 nəfərin aqibəti isə hələlik məlum deyil.