Avtomobil qaz xəttini zədələdi: abonentlər qazsız qaldı


Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.

Bu barədə Yeniavaz.com-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top