
İTV-də yayımlanan “3D” verlişinin əvvəlki buraxılışında “mən kukla ilə üz-üzə oturmaram” deyən millət vəkili Fəzail Ağamalıya aparıcı Dadaş Dadaşlinski cavab verib.
Yeniavaz.com xəbər verir ki, aparıcı tapşırıqlarla iş görən adamın kukla olduğunu vurğulayıb: “Kukla başqasının iradəsi ilə sual vermədən hərəkət edən adama deyilə bilər. Məsələn tapşırıqlarla iş görən, qərar qəbul edən hətta səs verən adama kukla demək olar. Mən isə sual verirəm və sualıma cavab istəyirəm”.
Verlişin qonağı olan əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı öz fikirlərini bildirib.
“Hər kəs özünə cavabdehdi. Mənə isə gələndə, mən bəzi insanlardan kuklaları üstün tuturam”- deyə sənətçi qeyd edib.