Putinin zarafatı salonu qəhqəhələrə boğdu - VİDEO


Rusiya prezidenti Vladimir Putin jurnalistlərin Fransa prezidenti ilə bağlı sualına maraqlı cavab verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, jurnalist, Fransa prezidenti Emanuel Makronun prezident adminstrasiyasında gizli fəaliyyət göstərən "dərin dövlət"in Rusiya ilə münasibətlərin yaxşılaşmasına icazə vermir sözlərinə Putindən münasibət almaq istəyib.

Jurnalist sualın davamında Putindən "nə üçün Fransa prezident adminstrasiyasında "dərin dövlət" var və Rusiyaya qarşı fəaliyyət göstərir" deyə soruşub.

Bu sualı eşidən Vladimir Putin əvvəlcə gülümsəyib, sonra "məndən nə üçün soruşursunuz, Fransa prezidenti mənəm yoxsa Makron? Gedin ondan soruşun" deyib.

Bunu eşidən tədbir iştirakçıları gülməyə başlayıblar. Putin sözlərinə davam edərək belə deyib: "Əvvəlcə deyim ki, mən onun dediklərini eşitməmişəm, izləmirəm. Əgər kimsə Makrona mane olursa ona itaət etməli olduğunu desin, yaxud həmin vəzifəyə başqasını gətirsin". 

DİGƏR XƏBƏRLƏR

Top