Xalq artisti: “Həkim dedi ki, yaşamaq istəyirsənsə...” - VİDEO


Türkiyəyə müalicə almağa gedən xalq artisti Naibə Allahverdiyeva vətənə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, xalq artisti “Elgizlə izlə” verlişində danışıb.
O, səhhəttiylə bağlı  hal-hazırda çox zəif olduğunu bildirib: “Özümü həddindən artıq zəif hiss edirəm. Həkimlər dedi ki, hər altı aydan  bir gəlib başını MRT etdirməlisən. Beynimdə ocaqların yarandığını, beyindəki damarların yığıldığını bildirdilər. Soruşdum ki, “bəs bunun səbəbi nədir?”, onlar bunu yaşadığım həyat tərzi, əsəb, stresslə əlaqələndirdilər. Həkim mənə dedi ki, əgər yaşamaq istəyirsənsə əsəbdən stressdən uzaq durmalısan. Çünki, beyindəki ocaqlar böyüyə bilər”.
Xalq artisti eyi zamanda, səhnəyə  yenidən qayıdacağını da bildirib: “ Səhnə mənim həyatımdır. Düzdür, indi bəzi problemlərim var amma, səhnə üçün çox darıxıram. Hətta, məni seriala da dəvət etmişdilər bu yaxınlarda. Çox çəkilmək istəyirdim, onlar hətta məni bir ay gözləyəcəklərini bildirdilər. Amma səhhətimlə bağlı problem oldu deyə Türkiyəyə gedəsi oldum. Bəlkə də yerimə artıq başqa birini tapıblar. Mənim hələ deyiləcək sözüm, oynayacağım rollar çoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top