Sosial şəbəkələrdə Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılovun şəhərdəki marketlərdən birində növbə gözləyərkən çəkilmiş fotosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu hal sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Qeyd edək ki, İlham İsmayılov Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini və İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri vəzifələrində çalışıb.