“İnterpol” terrorçuluqda təqsirləndirilən azərbaycanlını axtarır


“İnterpol” daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o, “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilib.

DİGƏR XƏBƏRLƏR

Top