Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanıb
Yeniavaz.com xəbər verir ki, qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.
"Qarabağ" klubunun futbolçuları məsələyə sərt şəkildə etiraz ediblər.
Oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Həmin anadək "Qarabağ" 2:0 hesabı ilə rəqibini məğlub edirdi.
Qeyd edək ki, oyunda yaranan fasilə ərəfəsində Lüksenburqun İdman Naziri "Qarabağ"ın futbolçularından və stadionda olan azarkeşlərdən stadionun şəhrçi bölməsindən üzr istəyib.
Hadisə ilə heç bir əlaqələrinin olmadığını, günhakarların tapılıb sərt şəkildə cəzalandırılacağını bildirib.
Lüksenburqun İdman Nazirinin ingilis dilində çıxışını stadiondan "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov orada olan azarkeşlərə Azərbaycan dilində çatdırıb.
10 dəqiqə fasilədən sonra matç yenidən davam edir.