Ekspert Dadaşlinskidən qaçan deputatları tənqid etdi


“Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər. Düşünürəm ki bu, doğru bir yanaşma deyil”.

Yeniavaz.com xəbər verir ki, bu fikirləri texnologiya üzrə ekspert Osman Gündüz öz "facebook" hesabında paylaşıb. O, bildirib ki, İTV dövlət büdcəsindən maliyyələşən bir media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılamsına da elə depuatatlar səs veriblər:

“Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir. Eyni zamanda deputatlar, dövlət məmurları , ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar. Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir .

Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxsa onda, fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru bir yanaşma deyil.

İTV, dövlət büdcəsindən maliyyələşən media qurumu Azərbaycan reallıqlarını nəzərə alaraq animasiya formatında, anonim formatda suallar ünvanlayırsa, düşünürəm ki adıçəkilən ictimai şəxslər daha çox 3D-nin formatına yox, sualın mahiyyətinə diqqət etməlidir.

Fikrimcə hansısa yeknəsək, mənasız və şablon suallar verən canlı aparıcıdansa elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər . Cəmiyyət üçün bu sualların hansı formatda verilməsi deyil, daha çox hansı mahiyyətdə sualların verilməsi ictimai əhəmiyyət kəsb edir.

Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir. Odur ki , düşünürəm ki, deputatlarımızın İTV-nin fəaliyyətinin daha da canlandırılmasına, plüralizmin inkişafına, aktual mövzular ətrafında maraqlı tərəflərin iştirakı ilə canlı diskussiyaların təşkilinə yönəlik təkliflər verməsi daha doğru yanaşma olardı.

Ümid edirəm hörmətli deputatlarımız və məmurlarımız bunu nəzərə alacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top