Trampdan jurnalistə SƏRT REAKSİYA - "Sən mənimlə danışdığına əminsən?" - VİDEO


ABŞ prezidenti Donald Tramp, Finlandiya prezidenti ilə görüşündə sual verən jurnalisti tənqid edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ və Finlandiya prezidentlərinin keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri Trampa Zelenskidən ABŞ-ın keçmiş prezident köməkçisi Co Bayden haqqında nə öyrəndiyini soruşub. Bunu eşidən Tramp əsəbi şəkildə sağa-sola baxaraq, "sən mənimlə danışırsan?, Əminsən?" deyə soruşub. Jurnalistin "bəli" cavabından sonra ABŞ prezidenti daha da əsəbiləşərək, "Finlandiya prezidenti buradadır, ona sual verin mənə yox" deyib. Jurnalist isə inadından dönməyərək "ona da sualım var, əvvəlcə siz cavab verin" deyib. Bu sözlərdən sonra Tramp "mən bu barədə hər şeyi demişəm, bu barədə hamı bilir, indi zəhmət olmasa Finlandiya prezidentinə sualınızı verin", - deyib.

DİGƏR XƏBƏRLƏR

Top