“Bizdən asılı olan hər şeyi edirik” - Putin İlham Əliyevlə görüşdə açıqladı


“Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir”.

Yeniavaz.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə “Valday klubu” beynəlxalq siyasi diskussiya klubu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
O deyib ki, ticari-iqtisadi əlaqələr möhkəmlənir:
“Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.
Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top